Şahin hərbi -idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən C. Naxçıvanskı adına Hərbi Liseydə Şahin hərbi -idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir Yarışda Bakı şəhərinin 11 rayon komandası ilə yanaşı Zəngilan, Şuşa və Laçın rayon komandaları da iştirak etmişlər.

  “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

  Yekun nəticələrə görə I yerə Xətai rayon komandası, II yerə Nizami rayon komandası, III yerə isə Suraxanı rayon komandası layiq görülmüşlər.

  Yarışda I, II və III yerləri tutmuş komandalar Baş İdarə tərəfindən tətəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.