Şahmat növü üzrə rayon birinciliyi keçirilmişdir.

   Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 21-28 oktyabr 2014-cü il tarixlərdə 276 № li tam orta məktəbdə  Binəqədi rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan şahmat növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə hər birində 6 nəfər (4 oğlan, 2 qız) olmaqla 30 məktəb komandası iştirak etmişdir. Yarışın nəticələrinə görə 135 № li tam orta məktəbin komandası I yer, 3 № li tam orta məktəbin komandası II yer, 30 № li tam orta məktəbin komandası III yerə layiq görülmüşdür.