ŞAHMAT ÜZRƏ BAKI ÇEMPİONATI BAŞA ÇATDI

   18 noyabr 2014-cü il tarixdə Respublika Şahmat Mərkəzində kişilər və qadınlar arasında şahmat üzrə Bakı şəhər çempionatı başa çatdı. Yarışda 46 nəfər idmançı (onlardan 12 nəfəri qadınlardır) iştirak etmişdir. Kişilər arasında yarışlar 9 turdan ibarət İsveçrə sistemi üzrə, qadınlar arasında yarışlar 11 turdan ibarət dairəvi sistem üzrə keçirilmişdir. Kişilər arasında yarışda I yeri 7,5 xalla Bayramov Elxan, II yeri 7,5 xalla Zeynallı Rəşad, III yeri 6,5 xalla Hacıyev Kənan, qadınlar arasında yarışda I yeri 10 xalla Məmmədova Nərmin, II yeri 9,5 xalla İsmayılova Pərvanə, III yeri 8,5 xalla Beydullayeva Gövhər tutmuşlar. Kişilər arasında ilk 5 yeri tutan idmançı (IV yer – 6 xalla Quliyev Həsən, V yer – 6 xalla Bayramov Qurban) 1 dekabr 2014-cü il tarixdə keçiriləcək birinci dəstəyə, qadınlar arasında yarışda birinci yeri tutan idmançı 2015-ci ilin yanvar ayında keçiriləcək qadınlar arasında respublika çempionatına vəsiqə qazanmışlar.