ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR KOMANDA BİRİNCİLİYİNƏ START VERİLDİ

9 dekabr 2013-cü il tarixdə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində şahmat üzrə Bakı şəhər komanda birinciliyinə start verilmişdir. Yarışda RİOEUGŞM-ni, HRŞDK-nu, Ağdam rayon UGŞİM-ni, T.İsmayılov adına UGYS-nı, 1 №-li İOEUGŞDİM-ni, 2 №-li UGŞİM-ni və 3 №-li UGŞİM-ni təmsil edən 12 komanda tərkibində 60 nəfər (onlardan 8 nəfəri qızlardır) idmançı iştirak edir. Tədbirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov çıxış edərək yarış iştirakçılarını salamlamış, şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən yarışların böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, iştirakçılara müvəffəqiyyətlər arzulamışdır.
Oyunlar 14 dekabr tarixində başa çatacaqdır. Qalib komandaların üzvləri, həmçinin hər bir lövhə üzrə birinci yeri tutan idmançı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla, kubokla və xatirə hədiyyələri ilə təltif olunacaqlar.
I turun nəticələri:
Nəsimi-1 — HRŞDK-1 2,5 – 2,5
T.İsmayılov ad. UGYS — Ağdam UGŞİM 3 – 2
Binəqədi-1 — HRŞDK-2 2 – 3
RİOEUGŞM-1 — RİOEUGŞM-2 2 – 3
Binəqədi-2 — Nəsimi-2 4 – 1
Səbail-2 — Səbail-1 2,5 – 2,5