ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR KOMANDA BİRİNCİLİYİNDƏ T.İSMAYILOV adına UGYS LİDERDİR

12 dekabr 2013-cü il tarixdə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində şahmat üzrə Bakı şəhər komanda birinciliyinin VI və VII turları keçirilmişdir.

Yarışdan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov Ulu Öndərin keçdiyi mənalı ömür yolundan, zəngin təcrübəsindən, Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışmış, hələ 70-ci illərdən şahmatın inkişaf etdirilməsi ilə əlaqədar göstərilən diqqət və qayğının bu gün də dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulamışdır.

VI turun nəticələri:
HRŞDK-1 — RİOEUGŞM-2 3 – 2
HRŞDK-2 — Nəsimi-2 2,5 – 2,5
Ağdam UGŞİM — Səbail-1 1 – 4
Nəsimi-1 — Səbail-2 3,5 – 1,5
T.İsmayılov ad. UGYS — Binəqədi-2 4 – 1
Binəqədi-1 — RİOEUGŞM-1 1,5 – 3,5

VII turun nəticələri:
RİOEUGŞM-1 — HRŞDK-1 4 – 1
Binəqədi-2 — Binəqədi-1 2,5 – 2,5
Səbail-2 — T.İsmayılov ad. UGYS 1 – 4
Səbail-1 — Nəsimi-1 0,5 – 4,5
Nəsimi-2 — Ağdam UGŞİM 4 – 1
RİOEUGŞM-2 — HRŞDK-2 3 – 2

7 turdan sonra T.İsmayılov ad. UGYS komandası 12 (22,5) xalla I yeri, Nəsimi-1 komandası 11 (23,5) xalla II yeri, Səbail-1 komandası 9 (20) xalla III yeri tutur.