Şahmat üzrə Respublika Olimpiadası davam edir

 16 yaşadək gənclər arasında şahmat üzrə Respublika olimpiadasının 6-cı turundan sonra “A” qrupunda  şəxsi hesabda I yerdə 6 xalla Bayramov Elxan (Bakı -1 №-li İOEUGŞDİM), II-VII yerlərdə 5 xalla Zeynalzadə Vəli (Bakı-RİOEUGŞM), Əsədli Vüqar (Bakı-RİOEUGŞM), Nağdıyev Niyazi (Bakı – 1 №-li İOEUGŞDİM), Abışlı Oğuz (Bakı-RİOEUGŞM), Bayramov Elvin (Quba), Zeynallı Miradil (Bakı-RİOEUGŞM) və Məmmədov Süleyman (Naxçıvan), komanda hesabında I yerdə Bakı-RİOEUGŞM komandası, II yerdə Bakı – 1 №-li İOEUGŞDİM komandası, III yerdə Bakı – 2 №-li UGŞİM  komandası, “B” qrupunda I-VI yerlərdə 5 xalla Əhədzadə Kənan (Lənkəran), Əliyev Rəvan (Sumqayıt), Qarayev Kənan (Bakı – 2 №-li UGŞİM), Manafov Vüqar (Bakı – 1 №-li İOEUGŞDİM), Muradlı Məhəmməd (Bakı – 1 №-li İOEUGŞDİM) və Əliyev Rəhim (Sumqayit), komanda hesabında  I yerdə Sumqayit komandası, II yerdə Bakı – 1 №-li İOEUGŞDİM komandası, III yerdə Bakı – 2 №-li UGŞİM  komandası qərarlaşmışlar.

“A” qrupunda 67 komanda tərkibində 156 nəfər, “B” qrupunda 66 komanda tərkibində 340 nəfər idmançı iştirak edir. Yarışlara 23 iyul tarixində yekun vurulacaqdır.