Sambo güləşi üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir

22-24 iyun 2012 –ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində 1996-97-cı il təvəllüdlü yeniyetmələr arasında Sabir Hüseynovun şərəfinə həsr olunmuş sambo güləşi üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 200-dən çox idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Yarışda 42 kq çəki dərəcəsində I yerə Cəlilov Hüseyn (Nəqşi-cahan), 46 kq çəki dərəcəsində I yerə Hüseynzadə Kamran (Siyəzən), 50 kq çəki dərəcəsində I yerə Tarverdiyev Vəzirxan (11№-li UGİM), 55 kq çəki dərəcəsində I yerə Allahverdiyev Tural (Neftçi İSM), 60 kq çəki dərəcəsində I yerə Eminov Elmir (Sumqayit), 66 kq çəki dərəcəsində I yerə Məsməliyev Ramin (Gəncə şəh.), 72 kq çəki dərəcəsində I yerə Zeynalov Royal (Gəncə şəh), 78 kq çəki dərəcəsində I yerə Cəlilov Murad (Neftçi İSM), 84 kq çəli çəki dərəcəsində I yerə Zeynalov Etibar (Gəncə şəh.), +84 kq çəki dərəcəsində I yerə Məhərrəmov Məhəmməd (Gəncə şəh.) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Baş İdarənin rəis müavini Rəşad Əliyev və sektor müdiri Adil Agayev tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.