
Sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda idmançılar 9 çəki dərəcəsi üzrə qüvvələrini sınamışlar.
Yekun nəticələrə əsasən yarışda 52 kq çəki dərəcəsində I yerə Nurlan İsmayılov (Neftçi İKİB), 57 kq çəki dərəcəsində I yerə Mehman Mehdizadə (Neftçi İKİB), 62 kq çəki dərəcəsində I yerə Ənvər Qarayev( Yasamal-Sambo İK), 68 kq çəki dərəcəsində I yerə Fuad Məmmədov (Neftçi İKİB), 74 kq çəki dərəcəsində I yerə Heydər Həşimov (Neftçi İKİB), 82 kq çəki dərəcəsində I yerə Nicat Orucov (Pəhləvan İK), 90 kq çəki dərəcəsində I yerə Qurban Qurbanov (Neftçi İKİB), 100 kq çəki çəki dərəcəsində I yerə Məhərrəm Zeynalov (Yasamal İK), +100 kq çəki dərəcəsində I yerə Nadir Hüseynov (Pəhləvan İK) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallar təqdim olunmuşdur.