Sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində  sambo  üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.

    Çempionatda 110-dan çox idmançı 9 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Yarışda 52 kq çəki dərəcəsində I yerə Vəliyev Ceyhun (Neftçi İSM), 57 kq çəki dərəcəsində I yerə Məmmədov Fuad (11 №-li UGİM), 62 kq çəki dərəcəsində I yerə Həsənov Heydər (Neftçi İSM), 68 kq çəki dərəcəsində I yerə Ramazanov Rafiq (Yasamal İK), 74 kq çəki dərəcəsində I yerə Kərimli Tural (11 №-li UGİM), 82 kq çəki dərəcəsində I yerə Bağırlı Taryel (6 №-li UGİM), 90 kq çəki dərəcəsində I yerəNəcəfov Ceyhun (Şabran İK), 100 kq çəli çəki dərəcəsində I yerə Teymurov Ehtiram (Neftçi İSM.), +100 kq çəki dərəcəsində I yerə Əziziv Vüqar (Pəhləvan İK) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.