Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində 2007-2008-ci il təvəllüdlü idmançıalr arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 13 çəki dərəcəsi üzrə 132 nəfər idmançı mübarizə aparmışdır.

         Yekun nəticələrə əsasən  yarışda 24 kq çəki dərəcəsində I yerə Aqil Əkbərov (5 saylı İOEUGİM), 26 kq çəki dərəcəsində I yerə Yusif Kərimli (10 saylı UGİM), 28 kq çəki dərəcəsində I yerə Elvin Məmmədov (10 saylı UGİM), 30 kq çəki dərəcəsində I yerə İsmayıl Əlipənahov (6 saylı İOEUGİM), 32 kq çəki dərəcəsində I yerə Yusif Əliyev (10 saylı UGİM), 35 kq çəki dərəcəsində I yerə Mikayıl Əmirov (Yasamal İK), 38 kq çəki dərəcəsində I yerə Nihad Rəhimov (6 saylı İOEUGİM), 41 kq çəki dərəcəsində I yerə Nihad Süleymanlı (6 saylı İOEUGİM), 45 kq çəki dərəcəsində I yerə Kənan Məmmədli (6 saylı İOEUGİM), 49  çəki dərəcəsində I yerə Hüseyn Rzaquliyev (Yasamal İK), 53 kq çəki dərəcəsində I yerə Ənsar Davudov (Zenit İC), 57 kq çəki dərəcəsində I yerə Fərhad Süleymanlı (6 saylı İOEUGİM), +57 kq çəki dərəcəsində I yerə Mühəmməd Xəlilli (5 saylı İOEUGİM) layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.