Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində 2005-2006-cı il təvəllüdlü idmançıalr arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 11 çəki dərəcəsi üzrə 127 nəfər idmançı mübarizə aparmışdır.

         Yekun nəticələrə əsasən  yarışda 32 kq çəki dərəcəsində I yerə Kərim Kərimli  (Piral İK), 35 kq çəki dərəcəsində I yerə Rəsul Hüseynzadə (Qaradağ GİK ), 38 kq çəki dərəcəsində I yerə Nihad Rəhimov (6 saylı İOEUGİM), 42 kq çəki dərəcəsində I yerə Nicat İsmayılov (6 saylı İOEUGİM), 46 kq çəki dərəcəsində I yerə Emil Cəfərzadə (Yasamal-Sambo İK), 50 kq çəki dərəcəsində I yerə Ziyad Əlizadə (10 saylı UGİM), 54 kq çəki dərəcəsində I yerə Fariz Allahverdiyev (Qaradağ GİK), 59 kq çəki dərəcəsində I yerə Ricad Nadirov (10 saylı UGİM), 65 kq çəki dərəcəsində I yerə Əli Quliyev (Torpedo İK), 71 çəki dərəcəsində I yerə Səfər Səfərov (6 saylı İOEUGİM), +71 kq çəki dərəcəsində I yerə Ramal Musayev (5 saylı İOEUGİM) layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.