Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində 1999-200o-cı il təvəllüdlü idmançıalr arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 10 çəki dərəcəsi üzrə 102 nəfər idmançı mübarizə aparmışdır.

         Yekun nəticələrə əsasən  yarışda 48 kq çəki dərəcəsində I yerə Inqilab Baxışov  (Pəhləvan İK), 52 kq çəki dərəcəsində I yerə Rəşad Salayev (Pəhləvan İK ), 57 kq çəki dərəcəsində I yerə Tofiq Əliyev (Neftçi İKİB), 62 kq çəki dərəcəsində I yerə Kənan Babayev (Neftçi İKİB), 68 kq çəki dərəcəsində I yerə Xankişi Cəfərquliyev  (Pəhləvan İK), 74 kq çəki dərəcəsində I yerə Şöhrət Lətifzadə (Yasamal-Sambo İK), 82 kq çəki dərəcəsində I yerə Ağani Məmmədov (6 saylı İOEUGİM), 90 kq çəki dərəcəsində I yerə Xəlil Cəlilzadə (Neftçi İKİB), 100 kq çəki dərəcəsində I yerə Əli Əlizadə (6 saylı İOEUGİM), +100 çəki dərəcəsində I yerə Eltun Qəmbərov (Pəhləvan İK) layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.