Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 2002-03-cü il təvəllüdlülər arasında sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 130 nəfər idmançı 12 çəki dərəcə üzrə mübarizə aparmışlar. Nəticələrə görə 24 kq çəki dərəcəsində I yerə İsmaylov Rəvan (Neftçi İSM), 26 kq çəki dərəcəsində I yerə Hüseynov Namiq (Neftçi İSM), 29 kq çəki dərəcəsində I yerə Qəhrəmanov Orxan (Neftçi İSM), 32 kq çəki dərəcəsində I yerə Məmmədli Nicat (11 №-li UGİM), 35 kq çəki dərəcəsində I yerə Bağırov Elvin (11 №-li UGİM), 38 kq çəki dərəcəsində I yerə Adilzadə Adil (Neftçi İSM), 41 kq çəki dərəcəsində Iyerə Orucov Vüsal (Neftçi İSM), 45 kq çəki dərəcəsində I yerə Səlimov Cavidan (Pəhləvan İK), 49 kq çəki dərəcəsində I yerə İbrahimov Qadir (Neftçi İSM), 53 kq çəki dərəcəsində I yerə Nəsirli Ruslan (Neftçi İSM), 57 kq çəki dərəcəsində I yerə Məcidli Orxan( Yasamal Sambo İK), +57 kq çəki dərəcəsində I yerə Bayramlı Əli (11 №-li UGİM) layiq görülmüşlər.

    I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort