Sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində  sambo  üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

  Birincilikdə 90 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Yarışda 48 kq çəki dərəcəsində I yerə Əhədov Hüseyn (11 №-li UGİM), 52 kq çəki dərəcəsində I yerə Vəliyev Nicat (Neftçi İSM), 57 kq çəki dərəcəsində I yerəVəliyev Ceyhun (Neftçi İSM), 62 kq çəki dərəcəsində I yerə Quliyev Elton (Neftçi İSM), 68 kq çəki dərəcəsində I yerə Nəbiyev Yusif (Neftçi İSM), 74 kq çəki dərəcəsində I yerə Əliyev Elmin (Neftçi İSM), 82 kq çəki dərəcəsində I yerə Orucov Nizaməddin (Neftçi İSM), 90 kq çəli çəki dərəcəsində I yerə Həsənov Emin (11 №-li UGİM), 100 kq çəki dərəcəsində I yerə Hüseynov Nadir (Pəhləvan),  +100 kq çəki dərəcəsində I yerə Yaqubov Emil (Neftçi İSM) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.