Sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində  sambo  üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda 9 çəki dərəcəsi üzrə 130 nəfər idmançı mübarizə aparmışdır.

      Yekun nəticələrə əsasən  yarışda 52 kq çəki dərəcəsində I yerə Nicat Xankiçiyev (Yasamal Sambo İK), 57 kq çəki dərəcəsində I yerə Elmin Hüseynov (Nəqşi-Cahan İK), 62 kq çəki dərəcəsində I yerə Tural Allahverdiyev ( Zenit İC), 68 kq çəki dərəcəsində I yerə Abdulla Abdullayev (Zenit İC), 74 kq çəki dərəcəsində I yerə Vüqar Ağayev (Zenit İC), 82 kq çəki dərəcəsində I yerə Elvin Mustafayev (5№ UGİM), 90 kq çəki dərəcəsində I yerə Sənan Hüseynov (Neftçi İKİB), 100  kq çəki çəki dərəcəsində I yerə Zaur Xutinayev (Turan İK), +100 kq çəki dərəcəsində I yerə Ramin Bayramsoy (Şamaxı)  layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.