Sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində  sambo  üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.

  Çempionatda 104-dən çox idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Yarışda 52 kq çəki dərəcəsində I yerə Babayev Elmin (Neftçi İSM), 57 kq çəki dərəcəsində I yerə Kərimov Yusif (Zenit), 62 kq çəki dərəcəsində I yerə Şeydayev Əli (Neftçi İSM), 68 kq çəki dərəcəsində I yerə Salahov Elgiz (Neftçi İSM), 74 kq çəki dərəcəsində I yerə Quliyev Zülfüqar (Pəhləvan.), 82 kq çəki dərəcəsində I yerə Sadıqlı Ruslan (Pəhləvan), 90 kq çəki dərəcəsində I yerə Zahidov Azad (DİN İC), 100 kq çəli çəki dərəcəsində I yerə Teymurov Etibar (Neftçi İSM.), +100 kq çəki dərəcəsində I yerə Əziziv Vüqar (Neftçi İSM) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.