Sabir Hüseynovun xatirəsinə həsr olunmuş sambo üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Olimpiya İdman Kompleksində Sabir Hüseynovun xatirəsinə həsr olunmuş sambo üzrə 2003-2005-ci il təvəllüdlü idmançılar arasında Bakı şəhər açıq  turniri  keçirilmişdir.  Turnirdə 167nəfər idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 42 kq çəki dərəcəsi üzrə Nicat İsmayılov (Neftçi İKİB), 46 kq çəki dərəcəsi üzrə Fərid İbrahimli (Pəhləvan İK), 50 kq çəki dərəcəsində Sahib Babayev (Neftçi İKİB), 55 kq çəki dərəcəsində Toğrul İbrahimov (6№-li İOEUGİM), 60 kq çəki dərəcəsində Abbas Qafarov (Neftçi İKİB), 66 kq çəki dərəcəsində Sübhi Süleymanlı (313 İK), 72 kq çəki dərəcəsində Təbriz Səyyadov (Yasamal-Sambo İK), 78 kq çəki dərəcəsində Fəxrəddin Əlizadə (10№-li UGİM), 84 kq çəki dərəcəsində Rəvan Kazımov (Zenit İK), +84 kq çəki dərəcəsində Orxan Məcidli (6№-li İOEUGİM) I yerlərə layiq görülmüşlər.

           I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort