Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində 2005-2006-cı il təvəllüdlü idmançılar arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 13 çəki dərəcəsi üzrə 148 nəfər idmançı mübarizə aparmışdır.

     Yekun nəticələrə əsasən  yarışda 24 kq çəki dərəcəsində I yerə Yusif Kəromov (10№-li UGİM), 26 kq çəki dərəcəsində I yerə Fərid Nağıyev (Neftçi İKİB), 28 kq çəki dərəcəsində I yerə Ziyəddin Zeynallı (6№-li İOEUGİM), 30 kq çəki dərəcəsində I yerə Yusif Əliyev (10№-li UGİM), 32 kq çəki dərəcəsində I yerə Rövşən Mahmudov (Yasamal-Sambo İK), 35 kq çəki dərəcəsində I yerə Qəzənfər Kazımlı (Pəhləvan İK), 38 kq çəki dərəcəsində I yerə Hüseyn Hüseynov (10№-li UGİM), 41 kq çəki dərəcəsində I yerə Kənan Məmmədli (6№-li İOEUGİM), 45  kq çəki dərəcəsində I yerə Nurlan  Nəcəfov (10№-li UGİM), 49 kq çəki dərəcəsində I yerə Nihad Əlizadə (Pİral İK), 53 kq çəki dərəcəsində I yerə Uğur Cəfərov (Yasamal-Sambo İK),  57 kq çəki dərəcəsində I yerə Mircəlal Əhmədov (Pəhləvan İK),  +57 kq çəki dərəcəsində I yerə Fuad Abbasov (Alov İK) layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.