Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şağan Olimpiya İdman Kompleksində 1996-98-ci il təvəllüdlülər arasında sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 140 nəfər idmançı 10 çəki dərəcə üzrə mübarizə aparmışlar. Nəticələrə görə 48 kq çəki dərəcəsində I yerə Baxşıyev Eyvaz (Neftçi İSM), 52 kq çəki dərəcəsində I yerə Rzaquliyev Nicat (Neftçi İSM), 56 kq çəki dərəcəsində I yerə Qardaşxanov Fərid (Nəqşı Cahan), 60 kq çəki dərəcəsində I yerə Quliyev Elton (Neftçi İSM), 65 kq çəki dərəcəsində I yerə Sarıyev Natiq (Qaradağ İK), 70 kq çəki dərəcəsində Iyerə Nəbiyev Yusif (Neftçi İSM), 75 kq çəki dərəcəsində I yerə Sadıqov Elçin (Neftçi İSM), 81 kq çəki dərəcəsində I yerə Səfixanov Sərdar (11 №-li UGİM), 87 kq çəki dərəcəsində I yerə Aşumov Əliəsfər (Neftçi İSM) layiq görülmüşlər.

    I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.