Savat döyüş növü üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

      Hövsan Olimpiya İdman Kompleksində savat döyüş növü üzrə Bakı çempionatı keçirilib. Yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının təşkilatçılığı ilə təşkil olunub.
      Yarış kiçik yaşlı yeniyetmələr, yeniyetmələr, gənclər və böyüklər arasında baş tutub.
      Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      Şəhid Musa Əsgərovun atası Əli Əsgərov və qazi Ceyhun Ağayev qələbəmiz üçün canından keçən şəxslərə verilən dəyərə, diqqətə görə məmnunluq ifadə ediblər.
      Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyev idmançıların məhz bu cür yarışlarda təcrübə toplamağa başladığını bildirib.
      Qeyd olunub ki, 200-ə yaxın idmançının mübarizə apardığı yarışın qalibləri gələn ay keçiriləcək respublika çempionatına vəsiqə qazanıblar. Onlara bölgələr üzrə turnirlərin çempionları da qoşulacaq. Ölkə çempionatının gənclər arasında qalibləri iyulda Avstriyada keçiriləcək Avropa birinciliyi, böyüklər isə sentyabrda İtaliyada reallaşacaq dünya çempionatında iştirak edəcəklər.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort