Səbail rayonunda qaliblər mükafatlandırıldı

         Bu gün Səbail Rayon İcra Hakimiyyətində Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən sentyabr ayı ərzində rayon ərazisində təşkil olunmuş bir sıra yarışların qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Mükafatlandırılma mərasimində Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova,  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev iştirak etmişlər.

          Tədbirdə bildirilmişdir ki, Səbail rayonunda  gənclərin vətəndaşlıq tərbiyəsi və cəmiyyətdə iştirakı, intellektual və yaradıcı gənclərin inkişafı üçün şəraitin yaradılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi, rayon ərazisində yaşayan və təhsil alan gənclərin fəallığının artırılması məsələlərinə, idmanın kütləviliyinə, gənclərin bədən tərbiyəsi və idmana cəlb olunmasına xüsusi diqqət ayrılmış, bu sahələrdə toplantı, görüş, olimpiada, sərgi və idman yarışlarında 350 nəfərdən  çox yeniyetmə və gənc iştirak etmişdir.

        Sonra silsilə tədbirlər çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu,  bilik olimpiadası, şahmat və basketbol yarışlarının qalibləri mükafatlandırılıb. Yarışlarda ilk yerləri tutan komandalar diplom və hədiyyələrlə təltif ediliblər.