Seçkilərdə ilk dəfə səs verən gənclərlə maarifləndirici seminar keçirildi

   21 sentyabr 2016-cı il tarixdə Qaradağ rayonu  Lökbatan qəs. Heydər Əliyev Mərkəzində 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı keçiriləcək Referenduma hazırlıq məqsədilə seçkilərdə ilk dəfə səs verən   gənclərlə maarifləndirici seminar keçirildi. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin  rəisi Elçin Abbasov bildirildi ki, gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verən  gənclərin daha geniş surətdə maariflənməsi, daha çox biliklərə yiyələnməsi, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsi vacibdir. Hər bir gənc demokratiyanın meyarı olan seçkilərin mahiyyətini dərk etməli, cəmiyyətdəki rolunun əhəmiyyətini bilməli və özünü bir fərd kimi təsdiq etməlidir.

   Tədbirə dəvət olunmuş Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov rayon gənclərini ilk dəfə səsvermə hüququ qazanaraq Referendumda iştirak etmələri münasibətilə  təbrik edərək ölkə gənclərinin ictimai-siyasi həyatındakı əhəmiyyətli yolundan danışdı. Qeyd etdi ki, təsisçisi ulu öndər Heydər Əliyev olan Azərbaycan Respublikanın Konstitusiyası dövlətin əsas atributlarından biri kimi ölkə vətəndaşlarının hüquqlarının və azadlıqlarının, gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Məhz bu səbəbdən də dövlət inkişaf etdikcə, cəmiyyət təkmilləşdikcə əsas qanunda da dəyişikliklər, əlavələr etmək zərurəti yaranır. Mərkəzi Seçki Komissiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin sektor müdiri Ramin Nurəliyev, Mərkəzi Seçki Komissiyasının təşkilat şöbəsinin məsul əməkdaşı Faiq Bəşirli və 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə Parlament seçkilərinin tarixi, seçkilərinin  keçirilməsinin qanunvericilik  əsasları, seçki günü səsvermə proseduru haqqında geniş məlumat verdilər.

   Seçkilərdə ilk dəfə səs verənlər adında ictimai-fəal gənc Vəzifə Əhmədova çıxış edərək bütün gəncləri Referendumda iştirak etməyə səslədi.

    Tədbirin sonunda rayonun ictimai-siyasi, mədəni-kütləvi həyatında, idman sahəsində fərqlənmiş seçkilərdə ilk dəfə səs verən gənclər və əsgərlər fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.