«Seçmək və seçilmək sənin konstitusiya ilə təsbit olunmuş hüququndur» mövzusunda rayon toplantısı keçirilmişdir.

      Yasamal  rayon  Gənclər  və  İdman  İdarəsi  tərəfindən    Yasamal  rayon  İcra  Hakimiyyətinin  akt zalında «Sənin  səsin – sənin  gələcəyin»  devizi  altında  «Seçmək  və  seçilmək  sənin  konstitusiya  ilə  təsbit  olunmuş  hüququndur» mövzusunda  rayon  toplantısı  keçirilmişdir. Tədbirdə  ilk  dəfə  səs  verəcək   bir  qrup  rayon  sakinləri  olan  gənclər,  habelə rayon ərazisində fəaliyyət göstərən  ali  və  orta  ixtisas  мəktəblərində  təhsil  alan  ilk  dəfə  səs  verəcək  bir qrup gənc  iştirak  etmişdir. Bundan  əlavə, toplantıya  Yasamal  rayonu  ərazisində  fəaliyyət göstərən  Dairə  Seçki  Komissiyalarının  sədrləri, ictimai təşkilatların, QHT-lərin  nümayəndələri  dəvət  olunmuşlar.

    Toplantını  açıq  elan  edən  Yasamal  rayon  Gənclər və  İdman  İdarəsinin  rəisi İlham Səfərov  tədbir  iştirakçılarını qarşıdan gələn  Azərbaycan  Respublikasının  Milli Məclisinə seçkilərində fəal olmağa  çağırmış, onların  konstitusion  hüquqlarından  istifadə  edərək  layiqli  namizədə  səs  verəcəklərinə  əmin  olduğunu  bildirmişdir. Çıxışlara  başlamazdan  öncə seçki  günü  01  noyabr  2015-ci  il  tarixdə  18  yaşı  tamam  olacaq  və  ilk  dəfə  olaraq  səs  vermə  hüququ  əldə  edəcək  Yasamal  rayon  sakini  Cəfərova Aydan Azər qızı  doğum  günü  münasibəti ilə  təbrik edilmiş  və  ona  xatirə  hədiyyəsi  təqdim  edilmişdir. Sonra  İ.Səfərov  «Heydər  Əliyev  və  Azərbaycan  parlamentinin  tarixi»  mövzusunda  çıxış  etmiş, dövlətimizin  parlament  ənənələri  barədə  toplantı  iştirakçılarına  geniş  məlumat  vermişdir.

    Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı  İbrahim  Mehdiyev, Bakı  şəhər  Gənclər  və  İdman  Baş  İdarəsinin  rəisi  Raqif  Abbasov, Azərbaycan  Milli  Elmlər  Akademiyasının  İnsan  Hüquqları  İnstitutunun  şöbə  müdiri, Bakı  Dövlət   Universitetinin  Beynəlxalq  Ümumi  Hüquq  kafedrasının  professoru, hüquq  üzrə  elmlər  doktoru  Əfsər  Sadıqов, 17 saylı Yasamal  üçüncü  Dairə  Seçki Komissiyasının  sədri Qədir Kərimov iştirak etmiş  və  proqrama  müvafiq  olaraq  nəzərdə  tutulmuş  mövzularda  çıxışlar  etmişlər.

    Tədbirin  sonunda  parlament  seçkiləri  ilə  əlaqədar  ilk  dəfə  səs  verəcək  gəncləri   maraqlandıran  suallar  müvafiq  qurumların  nümayəndələri  tərəfindən  cavablandırılmışdır.

DSC_9545