Şəhid idmançı Arif Qeybiyevin xatirəsinə respublika turniri keçirilib

        Astara rayonunda şəhid idmançı Arif Qeybiyevin xatirəsinə həsr olunmuş atletika idman növünün şosse qaçışı üzrə respublika turniri keçirib. Çempionatda Baş İdarə tərəfindən ezam olunmuş Bakı yığma komandası ilə yanaşı  Gəncə, Bərdə, Cəlilabad, Lənkəran, Astara, Biləsuvar, Naxçıvan, Qusar, Lerik şəhər və rayonlarını təmsil edən 120 idmançı mübarizə aparıb.

    Yarışdan bir gün öncə  Azərbaycan Atletika Federasiyasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Astara Gənclər və İdman İdarəsinin nümayəndələri Şəhid Arif Qeybiyevin məzarını ziyarət edib.
    Açılış mərasimində şəhid Arif Qeybiyevin anası  Rəna Qeybiyeva, Azərbacan Milli Olimpiya Komitəsinin vitse prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rəşad Mahmudov, Astara rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva iştirak ediblər.

     2004-cü il təvəllüdlülər və ondan kiçiklərin yarışında, əvvəlcə, 500 metr məsafəyə qızlar və oğlanlar, sonra 1000 metr məsafəyə qızlar və oğlanlar mübarizə aparıblar. 500 metr məsafəyə qızlar arasında qaçışda  l yeri Bahar Mustafayeva (Bərdə), ll yeri Ləman İsfəndiyarova (Bakı), lll yeri Tutuxanım İsrafilova (Bakı), 500 metr məsafəyə oğlanlar arasında qaçışda l yeri Mahmud Mehdiyev (Bakı), ll yeri Kənan Dəryahov (Bakı), lll yeri Elvin Cəfərov (Bakı), 1000 metr oğlanlar arasında yarışda l yeri Namiq Əsədov (Bakı), ll yeri Vahid Kərimov (Gəncə), lll yeri Elman Abışov (Bakı), 1000 metr məsafəyə qızlar arasında qaçışda l yeri Anna Yusupova (Bakı), ll yeri Ayşən Ağayeva (Gəncə),  komanda hesabında isə I yeri Bakı komandası, II yeri Gəncə komandası, III yeri isə Təhsil-5 komandası tutublar.
       Qaliblərə diplom, medal və xatirə hədiyyələri təqdim edilib.

     

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort