Şəhid kapitan Rəşad Abdullayevin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilmişdir

      01 mart 2021-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Cəlilabad Rayon Gənclər və İdman idarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanı”ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kapitan Rəşad Abdullayevin xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısının müavini Elnarə Həsənova, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, qadınlardan ibarət milli komandanın baş məşqiçisi Fikrət Sideifzadə, Cəlilabad rayon Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Hüseynov, şəhidin atası Arif Abdullayev, həyat yoldaşı Gülnar Abdullayeva, şəhidin müəllimi Firuddun Zeynalov iştirak etmişlər.

      Tədbirdə çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov şəhidin valideynlərinə belə igid oğul böyütdüyü üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Rəşad Abdullayevin  xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

         Açılış mərasimindən sonra onlayn şahmat turnirinə start verilmişdir. 85-dək şahmatçının iştirak etdiyi turnirdə ən yüksək nəticə göstərən Amin  Qurbanov, Nərmin Abdinova, Yunis Mahmudzadə ümumi hesabda ilk üçlükdə qərarlaşıblar.

        Qızlar arasında Fatimə Mirzəliyeva birinci yerə layiq görülüb. Leyla Budaqova və Aytac Məmmədova isə ikinci və üçüncü yerləri tutublar.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort