Şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirin açılış mərasimi keçirilib

                Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi, idmançı, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirin açılış mərasimi keçirilib.
          Turnirin onlayn açılış mərasiminində “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhidin atası İlham Məmmədov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, şəhidin təhsil aldığı 37 saylı tam orta məktəbin direktoru Ceyhun Bayramlı, “Ağ Top” Şahmat Klubun direktoru Cavanşir Bağırov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, fəal gənclər və həvəskar şahmatçılar iştirak etmişlər.
Onlayn tədbirdə Vətən müharibəsi şəhidi, idmançı, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Murad Məmmədov haqqında hazırlanmış videorolik nümayiş etdirilmişdir.
             Açılış mərasimdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Ağ Top” Şahmat Klubun direktoru Cavanşir Bağırov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov qeyd etmişlər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini – qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaşımız tapılmaz ki, ən qısa zamanda mənfur düşməndən azad edilmiş müqəddəs torpaqlarımızı ziyarət etmək arzusunda olmasın. Murad və onun kimi minlərlə qəhrəman oğullarımızı illər keçsə də, gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu igid, qəhrəman oğullarımızı daim qəlbimizdə yaşadaq.
                  Sonra çıxış edən şəhidin atası İlham Məmmədov və təhsil aldığı 37 saylı tam orta məktəbin direktoru Ceyhun Bayramlı şəhidin uşaqlıq və məktəb illərindən məlumat verərək qeyd etdilər ki, Məmmədov Murad İlham oğlu 15 dekabr 2000-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 37 saylı tam orta məktəbdə almışdır. Məktəb illərində Murad Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən bir çox idman yarışlarının qalibi olmuş, Bakı və Respublika çempionatlarında iştirak edərək yüksək nəticələr əldə etmişdir. Karate idman növü üzrə qara kəmər dan dərəcəsinin sahibi idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Nərimanov Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində Cəbrayıl və Füzulinin alınmasında iştirak etmiş, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.
                      Sonda çıxışçılar yarış iştirakçılarına uğurlar arzuladılar.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort