Şəhid Ülvü Məmmədovun xatirəsinə beynəlxalq Zəfər kubokunun qalibləri mükafatlandırıldı

       Martın 17-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Vətən müharibəsi şəhidi, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Ülvi Məmmədovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
       Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Möhbalıyev, şəhidin əmisi, AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov, turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.
         Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Ülvi Məmmədovun xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin ailəsinə minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyini bildirib.
          AİJF-nin prezidenti Qabil Mehdiyev ikinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbədən danışıb. O, 44 günlük Vətən müharibəsinin Azərbaycanın böyük zəfəri ilə başa çatdığını qeyd edib. Q.Mehdiyev ana Vətən qarşısında vəzifə borclarını layiqincə yerinə yetirən, qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn igid oğul və qızlarımızın heç zaman unudulmayacağını vurğulayıb.
        Digər çıxışlarda da Vətəninə və xalqına sədaqətini layiqincə sübut edən qəhrəman şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim uca tutulacağı bildirilib.
        Sonra qaliblər karantin rejiminin qaydalarına riayət olunmaqla mükafatlandırılıb.
       Şahmat turnirinin nəticəsinə əsasən, ümumi hesabda Kənan Qarayev, qızlar arasında isə Şəms Fərzəli birinci yeri tutublar. Müxtəlif yaş kateqoriyalarında Əsnad Baxışzadə (U-8), Suat İbrahimli (U-10), Yunis Mahmudzadə (U-12) ilk pillələrdə qərarlaşıblar.
     Qeyd edək ki, Alekseyevka kənd sakini olan Ülvi Məmmədov müharibənin ilk günlərindən Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, qəhrəmancasına vuruşub, şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort