SEİBUKAİ KONTAKT KARATE ÜZRƏ VI BAKI ŞƏHƏR AÇIQ ÇEMPİONATI

HÖVSAN OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ BAKI ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN BAŞ İDARƏSİ TƏRƏFİNDƏN SEİBUKAİ KONTAKT KARATE ÜZRƏ VI BAKI ŞƏHƏR AÇIQ ÇEMPİONATI KEÇİRİLMİŞDİR. YARIŞIN RƏSMİ AÇILIŞ MƏRASİMİNDƏ BAKI ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN BAŞ İDARƏSİNİN BAŞ MƏSLƏHƏTÇİSİ SALMAN ƏBDÜLOV VƏ SEİBUKAİ KONTAKT KARATE İDMAN KLUBUNUN PREZİDENTİ ELÇİN HƏŞİMOV İŞTİRAKÇILARI SALAMLAMIŞ, ONLARA MÜVƏFFƏQİYYƏTLƏR ARZULAMIŞLAR. HƏR BİR ÇƏKİ ÜZRƏ QALİB İDMANÇILAR BAŞ İDARƏ TƏRƏFİNDƏN MÜVAFİQ DƏRƏCƏLİ DİPLOM VƏ MEDALLARLA TƏLTİF OLUNMUŞLAR.