Şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28№-li tam orta məktəbdə Sabunçü rayon məktəbliləri arasında “9 noyabr -Bayraq Günü”n həsr olunmuş şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi. Tədbirdə çıxış edən Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Sabunçu RGİİ-nin rəisi Rakif Əliyev Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını, məktəbliləri təbrik edərək xoş arzularını bildirmiş, Ümummilli Lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırlatmış, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulamışlar.

        Tədbir boyu qonaqlar şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şeir və mahnılarını dinləyib, rəqslərə tamaşa ediblər.

         Sonda qaliblərə Baş İdarə tərəfindən diplom, medal və xatirə hədiyyələri təqdim olunub.