Şəmistan Əlizamanlının yubileyi keçirildi

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkılatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında  Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının 55 illik yubileyi qeyd olunub. İlk olaraq tədbiri günün səbəbkarı Şəmistan Əlizamanlı açaraq tədbiri təşkil edənlərə və bura gələnlərə dərin minnətdarlığını bildirib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək səbəbkarı yubileyi münasibəti ilə təbrik edərək Şəmistan Əlizamanlıya   həm yaradıcılığında, həm də şəxsi həyatında uğurlar arzulamişdir. Daha sonra mərasimdə çıxış edən xalq şairi Nəriman Həsənzadə , millət vəkili Flora Qasımova və bir çox qonaqlar yubilyarın səsinin əzəmətini, vətənpərvərlik ruhunda oxuduğu mahnıların gücünü xüsusı vurğulayıblar.

  Onu da qeyd edək ki, Şəmistan Əlizamanlı bir çox tanınmış hərbi vətənpərvərlik mahnılarını (“And içirik”, “Çağırır vətən”, “Qalx, Azərbaycan”, “İgid əsgər, möhkəm dayan”, “Vətən əmanəti”, “Öncə vətəndir”, “Can Azərbaycan”, “Birinci batalyon”, “Cənab leytenant”, “Çırpınırdı qara dəniz”, “Dağlar”, “Azərbaycan-Türkiyə”, “Ana yurdum”, “Tanrı türkə yar olsun”, “Heyran türkün bayrağına”, “Qafqaz dağı, yol ver bizə” və s.) ifa edir.