“Şən Delfin” Bakı şəhər yaz açıq birinciliyi keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Olimpiya İdman Kompleksində üzgüçülük üzrə  “Şən Delfin” Bakı şəhər yaz açıq birinciliyi keçirilmişdir. Birincilikdə “Təhsil” RİM,  MOİK, “Sərhədçi” İOM, “Şüa” İK, “Modern” ƏİM,  7 №-li İOEUGİM, Hövsan OİM,  Sumqayit OİK klub və cəmiyyətlərini təmsil edən 99 (onlardan 13 nəfəri qız) idmançı  iştirak etmişdir.

          Nəticələrə görə  100 m. qarışıq üsulla I yerə Valeriya Vaskovskaya (Sərhədçi), Nüsrət Allahverdi (Sərhədçi), 50 m.  batterflay üsulla I yerə Valeriya Vaskovskaya (Sərhədçi), Səid Həmidov (Şüa), 50 m. arxası üstə üsulla  I yerə Vlastilima Xasyanova (Şüa), Səid Həmidov (Şüa), 50 m. brass üsulla I yerə Anastasiya Baborinina (Şüa), Nüsrət Allahverdi (Sərhədçi), 50 m. sərbəst üsulla I yerə Elza İsmayılova (Sərhədçi), Oqtay Hüseynov (Şüa), 100 m. batterflay üsulla I yerə  Selcan Oruclu (Sumqayıt), Abdurahman Rüstəmov (Sərhədçi), 100 m.arxası üstə üsulla I yerə Sevinc İsmayılova (Sumqayıt), Abdurahman Rüstəmov (Sərhədçi),  200 m. qarışıq  üsulla I yerə Selcan Oruclu (Sumqayıt), Osman Allahverdi (Sərhədçi),  100 m. brass üsulla I yerə Nikol Matyuşenko (Şüa), Osman Allahverdi (Sərhədçi), 100 m. sərbəst üsulla I yerə Selcan Oruclu (Sumqayıt), Allahverdi Osman (Sərhədçi), 4×50 m qarışıq üsul və 4×50 m sərbəst üsul estafetlərində Sərhədçi İOM idmançıları I yerə layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılmışlar.