«Sənin səsin-sənin gələcəyin» devizi altında rayon toplantısı keçirilmişdir.

 

        «Azərbaycan  Gəncliyi   2017-2021-ci illərdə» Dövlət  Proqramının tədbirlər  planının 5.7.3 yarımbəndinin  icrasını təmin etmək məqsədi ilə  04 aprel  2018-ci  il  tarixdə  21 №li  tam orta мəktəbin akt zalında 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası  Prezidenti seçkilərində ilk dəfə səs verən gənc seçicilərin  iştiraki  ilə  «Sənin səsin-sənin gələcəyin» devizi altında rayon toplantısı keçirilmişdir. Toplantının keçirilməsində məqsəd gənclər  arasında  seçki  prosesinin  və  seçkilərdə  iştirakın  təbliği,  ilk  dəfə  səs  verən  gənc  seçicilər  arasında  maarifləndirmə  işinin  təşkili, həmçinin  gənclərin  seçkilərdə  fəallığının  təmin  edilməsindən  ibarət  olmuşdur.

         Toplantını giriş sözü ilə  Yasamal   rayon Gənclər və   İdman İdarəsinin rəisi İlham  Səfərov аçmışdır. Daha sonra  çıxış  üçün söz   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı  Kənan Firdovsioğluna, Bakı şəhər Gənclər və İdman  Baş  İdarəsinin rəisi Raqif Abbasova, 17 saylı Yasamal 3-cü  Dairə  Seçki  Komissiyasının  sədri  Qədir Kərimova verilmişdir. Çıxışlar  bitdikdən  sonra  toplantı  iştirakçılarını  maraqlandıran  çoxsaylı  suallar cavablandırılmışdır. Sonda  zalda  təşkil  edilmiş  seçki  məntəqəsində  səsvermə  günü  proseduru  məntəqə  üzvləri  tərəfindən  əyani  şəkildə  nümayiş  etdirilmişdir.

         Toplantıda 11 aprel 2018-ci il tarixdə 18 yaşı  tamam olacaq Məmmədzadə Maya Qoşqar qızına və Məmmədzadə Şəmsiyyə Qoşqar qızına xatirə hədiyyələri  təqdim  edilmişdir.

          Toplantıya ilk dəfə  səs  verəcək 145 nəfər gənc  qatılmışdır.