Sərbəst və yunan-roma güləşi üzrə U-15 Bakı çempionatına yekun vurulub

Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-roma güləşi üzrə U-15 Bakı çempionatına yekun vurulub. Paytaxtın müxtəlif klub və cəmiyyətlərindən  sərbəst güləş üzrə 225, yunan-roma güləşi üzrə 204  pəhləvan müxtəlif  çəki dərəcələri üzrə mübarizə aparıb.

Nəticələrə əsasən sərbəst güləş üzrə Rəşid Nazarov (38 kq), Cəfər Cəfərov (41 kq), Şöhrət Ocaqov (44 kq), Abbas Hüseynov (48 kq), Elcan İsmayılzadə (52 kq), Amil Ələsgərov (57 kq), Ülfət Məmmədov (62 kq), Rəhman Rzayev (68 kq), Şeyxəli Babazadə (75 kq), Fərhad Süleymanlı (85 kq), yunan-roma güləşi üzrə Şahin Nəbiyev (38 kq), Vüsal İsmayıllı (41 kq), Səid Qurbanzadə (44 kq), Səyyad Nağızadə (48 kq), Cavidan Mirzəlizadə (52 kq), Yusif Əhmədli (57 kq), Məhərrəm Quluzadə (62 kq), Ayxan Əliyev (68 kq), Orxan Hacıyev (75 kq), Nihad Kərimov (85 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Qalib idmançılar Baş İdarə tərəfindən medal və diplomlarla təltif olunublar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort