Sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur.

   12-13 noyabr 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən Hövsan Olimpiya İdman Kompleksində   sərbəst və yunan-roma güləçi üzrə Bakı şəhər çempionatı keçirilmışdir. Yarışda sərbəst güləş üzrə “Neftçi” İSM, DİN İC, “Zenit” , 6 № UGGİM, MOİK,”Gömrükcü”  İC, “Pəhləvan” İK, “Sərhədçi” İK, “Turan” İK, 1 № RİOEUGİM, “Rabitə”  İK, “Lokomotiv” İSM, “Nardaran”, “Spartak” KBTİCRŞ, “Titan “ İSM təmsil edən 95 idmançı iştirak etmişdir.  Yunan-roma güləşi üzrə  “Neftçi” İSM, DİN İC, “Pəhləvan” İK, MOİK, “Gömrükçü ”  İC, “Lokomotiv” İK, “Məhsul” İC, “İnter”, “Bakı” İK, 1 № RİOEUGİM, “Spartak” İC, “Titan”, “Cəngi”, X.Cəfərov ad. G.K. , “Atasport” İK, “Turan” İK  təmsil edən 66 idmançı iştirak etmişdir.  Nəticələrə görə sərbəst güləş üzrə yarışlarda 55 kq çəki dərəcəsində I yerə İxtiyar Quliyev (Neftçi İSM), 60 kq çəki dərəcəsində I yerə Cəlal Süleymanov (DİN İC), 66 kq çəki dərəcəsində I yerə Hüseyn Nəsirov (Lokomotiv), 74 kq çəki dərəcəsində I yerə Bəxtiyar İsrafilli (Spartak), 84 kq çəki dərəcəsində I yerə Mircəfər Murtuzlu (Neftçi İSM), 96 kq çəki dərəcəsində I yerə Roman Bəkirov (Lokomotiv), 120 kq çəki dərəcəsində I yerə İlham Abidov (Lokomotiv) layiq görülmüşlər.
Yunan-roma güləşi üzrə yarışlarda 55 kq çəki dərəcəsində I yerə Fazil Zamanzadə (İnter), 60 kq çəki dərəcəsində I yerə Taleh Məmmədov (Neftçi İSM), 66 kq çəki dərəcəsində I yerə Qadir Süleymanov (Cəngi), 74 kq çəki dərəcəsində I yerə Azad Əliyev (İnter), 84 kq çəki dərəcəsində I yerə Toğrul Yunisli (İnter), 96 kq çəki dərəcəsində I yerə Adil Hüseynov (DİN İC), 120 kq çəki dərəcəsində I yerə Eldar Atakişiyev (BAKI GK) layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar medallar və diplomlarla təltif olunmuşlar. I-VI yeri tutmuş idmançılar dekabr ayında keçiriləcək Respublika yarışlarına vəsiqə qazanmışlar.