“Sevinc” Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında    futbol üzrə “Sevinc” Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir. Ümumilikdə yarışda 196 nəfər yeniyetmə futbolçu iştirak etmişdir.

      2006-2007-ci il təvəllüdlülər arasında  Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan  Nərimanov və Xəzər rayon komandaları arasında keçirilən oyunda 4:2 hesabı ilə Nərimanov rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Yasamal və Qaradağ komandaları arasında keçirilən oyunda 2:0 hesabı ilə Yasamal rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə Nərimanov komandası, 2-ci yerə Xəzər komandası, 3-cü yerə isə Yasamal komandası layiq görülmüşlər.

           Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Sevinc” Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilmişdir.