ŞHK-nun ATV televiziya liqasının 1/2 mərhələsinin görüşləri keçirilmişdir

           Gənc Tamaşaçılar Teatrında ali təhsil ocaqları arasında  ŞHK-nun ATV televiziya liqasının yarımfinal  görüşləri  keçirilmişdir. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda  Bakı Dövlət Universiteti , Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Xalxın uşaqları”, “Subaylar”,  “FizAka”, “Qızlar batalyonu”  komandaları final mərhələsinə vəsiqə qazanmışdır.

         Komandaların çıxışlarına münsiflər heyətinin üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Şən Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov, “Planet Parni iz Baku” komandasının tərkibində XX əsrin çempionu, aktyor Vado Korovin, müğənni Roza Zərgərli, aktyor və aparıcı Elcan Rəsulov tərəfindən qiymət verilmişdir.

     Sonda Şən Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov  çıxış edərək ilk növbədə Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə Şən Hazırcavablar Klubuna göstərdikləri köməyə və dəstəyə görə xüsusi minnətdarlığını bildirdi.