Silahlı Qüvvələr Günü münasibətilə “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir

        Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “26 iyun Silahlı Qüvvələr Günü” münasibətilə FHN-nin Mülki müdafiə qoşunlarınin  “N” saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüş keçirildi. Tədbirdə hərbi hissənin rəhbərliyi,  Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov iştirak etmişlər. Görüş iştirakçıları əsgərlər və zabitlər qarşısında çıxış edərək tədbirin əsas məqsədinin  əsgərlərə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət oldugunu qeyd etmişlər.
      Sonra əsgər və zabitlər arasında  “Breyn-ring” intelektual oyunu keçirilmışdır. Qalib komandalar Baş İdarə tərəfindən medal, fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
    Sonda incəsənət nümayəndələri  konsert proqramı ilə çıxış etmişlər. Vətənpərvərlik mahnılarının  sədaları altında əsgərlər rəqs etmişlər. Konsert proqramı tədbir iştirakçıları və əsgərlərə xoş ovqat bəxş etmişdir.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort