Silahlı Qüvvələr Günü münasibətilə “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir

   Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “26 iyun Silahlı Qüvvələr Günü” münasibətilə Hövsan qəsəbəsində yerləşən  “N” saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirildi. Tədbirdə hərbi hissənin rəhbərliyi,  Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov iştirak etmişlər. Görüş iştirakçıları əsgərlər və zabitlər qarşısında çıxış edərək tədbirin əsas məqsədinin bayram ərəfəsində əsgərlərə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət oldugunu qeyd etmişlər.
   Sonra hərbi xidmətdə fərqlənmiş 1o nəfər əsgər və zabit heyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar.
   Sonda Suraxanı rayon Mədəniyyət evinin kollektivi  konsert proqramı ilə çıxış etmişlər. Vətənpərvərlik mahnılarının  sədaları altında əsgərlər rəqs etmişlər. Konsert proqramı tədbir iştirakçıları və əsgərlərə xoş ovqat bəxş etmişdir.