Skvoş üzrə Bakı şəhər çempionatı keçirilib

  Baş İdarə tərəfindən “Hyatt Regency Baku”-nın idman zalında skvoş üzrə Bakı şəhər çempionatı keçirilib. Çempionatda 20 nəfər idmançı iştirak etmişdir. Nəticələrə görə I yeri Ömər Qəhrəmanov, II yeri Yaroslav Şuvayev, III yeri Genadiy Klim tutmuşdur. Qaliblərə Baş İdarə tərəfindən diplom və medallar təqdim olunmuşdur.

   Qeyd edək ki,   skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir.