Skvoş üzrə Bakı şəhər kuboku keçirilib

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Skvoş Klubunun birgə təşkilatçılığı ilə “Hyatt Regency Baku”-nın idman zalında skvoş üzrə Bakı şəhər açıq kuboku keçirilib. Yarışda 25 nəfər idmançı iştirak etmişdir. Nəticələrə görə I yeri Elmir Məhərrəmov, II yeri Tomas Volker, III yeri Babək Mahmudov tutmuşdur. Qaliblərə Baş İdarə tərəfindən kubok, diplom və medallar təqdim olunmuşdur.

   Qeyd edək ki,   skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir.