Sosial-İqtisadi Kollecinin bir qrup tələbəsi Baş İdarədə istehsalat təcrübəsi keçəcəklər

         Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinin arasında qarşılıqlı razılaşmaya əsasən kollecin “Sosial iş ixtisası” üzrə III kurs tələbələri Baş İdarədə təcrübə proqramında iştirak edəcəklər. Təcrübənin ilk günü tələbələri Baş İdarənin rəisi Raqif Abbasov qəbul etmiş, onlara idarənin fəaliyyəti ilə bağlı ətraflı məlumat vermiş və idarənin sektor müdirləri ilə tanış etmişdir.
        Raqif Abbasov həmçinin tələbələrin hazırlıq səviyyəsinin müəyyən edilməsində istehsalat təcrübəsinin əhəmiyyətini vurğulayaraq, tələbələrin təcrübəli və hazırlıqlı kadr kimi formalaşmasında təcrübənin müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib. O, tələbələrə təcrübə müddətində daha fəal olmağı və əldə edilən biliklərdən səmərəli istifadə etməyi tövsiyə edərək onlara təcrübə müddətində uğurlar arzulayıb.
      Proqrama əsasən tələbələr Baş İdarənin sektorlarının iş rejimi ilə tanış olacaq, gənclər və idman sahəsində Dövlət Proqramlarına əsasən idarənin tədbirlər planına müvafiq olaraq görülən işlərlə yaxından tanış olacaqlar.
       Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort