Şotokan karate-do üzrə Bakı şəhər çempionatı keçirilmişdir

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən şotokan karate-do üzrə Bakı şəhər çempionatı keçirilmişdir. 6 №-li İOEUGİM-də keçirilən yarışda ümumilikdə 112 idmançı  mübarizə aparmışdır.

          Yarışın nəticələrinə görə, 10-11 yaş qrupu üzrə İsmayıl Xamoyev, Ələddin Məlikov, Ayxan Ağamirzəli, Aqşin Qarayev, 12-13 yaş üzrə Amin Yadigarlı, Məhəmməd Xamoyev, Əli Hacıyev, Ceyhun Babacanov, 14-15 yaşda  Vahid Hüseynov, Səid Kərimov, Azər Tapdıqlı, Hüseyn Əliyev, Səməd Abbaslı, 16-17 yaş üzrə Rəvan İsmayılzadə, Hüseyn Məmmədli, Abbas Dadaşov, Hüseyn Hüseynzadə,  Fərid Şahbazlı fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

             Yarışda ilk üç yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.