Stolüstü tennis üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xəzri İdman Klubunda  stolüstü tennis üzrə Bakı şəhər çempionatı keçirilmişdir.  Yekun nəticələrə görə oğlanlar arasında şəxsi hesabda I yerə Rüstəm Hacılı (Tennis Məktəbi), II yerə Əhmədzadə Adil (Tennis Məktəbi), III yerə Kənan Məmmədov (Şabran), qoşa yarışlarda I yerə Rüstəm Hacılı – Rüfət Hacılı (Tennis Məktəbi), II yerə Hüseyn Eyvazov-Şamo Həsənov (Sumqayıt ), III yerə Tural Bağırov – Elməddin Xəlilov (Şabran),  qarışıq qoşa yarışlarda  I yerə Səid Gülmətov – Nigar Yarova (Qaradağ), II yerə İlkin Əbilzadə – Sofiya Şnyagina (Tennis Məktəbi), III yerə Emil Musadirov – Fidan Quliyeva (Lokomotiv), qızlar arasında şəxsi hesabda I yerə Əzifə Mahmudova (Şabran), II yerə Mərziyyə Nurmətova (Sumqayıt), III yerə Aysun Babayeva (Neftçi İKİB), qoşa yarışlarda I yerə Fidan Quliyev – Aysel Musadirova (Lokomotiv), II yerə Xədicə Musayeva – Xədicə Cavadova (Qaradağ), III yerə Ləman Əsədova – Aysel Əhmədova(Tennis Məktəbi)  layiq görülmüşlər.

        Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.