Stolüstü tennis üzrə “Olimpiya Ümidləri” Bakı şəhər açıq turniri keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Təhsil” RİM-in idman zalında stolüstü tennis üzrə “Olimpiya Ümidləri” Bakı şəhər açıq turniri keçirilmişdir. Turnirdə “Təhsil” RİM, “Neftçi” İSM, 19 saylı UGİM, 18 saylı UGİM, 7 №-li İOEUGTİM, “Lokomotiv” İC, Sumqayıt şəhər UGİM, Gədəbəy şəhər UGİM, Şəki şəhər UGİM, Şirvan şəhər UGİM və Şabran rayon UGİM-in idmançıları (75 nəfər idmançı onlardan 25-i qızlardır). Yekun nəticələrə görə şəxsi hesabda I yerlərə M.Həsənzadə, N.Əhmədova, qoşa yarışlarda N.Məmmədov və S.Aslanov, N.Qarayeva və F. Məmmədli, qarışıq qoşa yarışlarda isə R.Tahirov, E.Tahirova layiq görülmüşlər.

        Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.