Stritbol üzrə turnir keçirilmişdir

Səbail rayonu 91 saylı məktəbin meydançasında Milli Olimpiya Komitəsinin yaranmasının 20 illiyinə həsr olunmuş stritbol üzrə turnir keçirilmişdir. 1997-99-cu il təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən stritbol üzrə turnirdə 12 komanda tərkibində 72 nəfər (onlardan 36 nəfəri qızlardır) iştirak etmişdir. Qızlar arasında yarışda I yeri Ümid komandası, II yeri Sevinc komandası, III yeri Şəfəq komandası, oğlanlar arasında I yeri Qarabağ komandası, II yeri Bayıl komandası, III yeri Azərbaycan komandası tutmuşdur.
Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.