Su polosu üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Su İdman Sarayında su polosu üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Çempiontda 12 komanda mübarizə aparmışdır. Nəticələrə görə I yerə Su İdman Sarayı komandası, II yerə MOİK komandası, III yerə isə Yüksək İdman Ustalığı Məktəbi (YİUM) layiq görülmüşdür. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.