Su polosu üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şağan Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda su polosu üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə MOİK, AzDBTİA, HDQ, Bakı klublarını təmsil edən 6 komanda iştirak etmişdir. Yekun nəticələrə əsasən I yerə MOİK, II yerə AzDBTİA, III yeri isə HDQ komandaları tutmuşdur. Qalib komandalar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Onu da qeyd edək ki, yığma komandamız bu günlərdə Moskva şəhərində keçirilmiş açıq turnirdən qayıtmışlar. Komandamız 16 komandanın iştirak etdiyi turnirdə IV yerə çıxmışlar.