Su polosu üzrə yarışın qalibi Su İdman Sarayının komandası olub

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Su İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin  95 illik yubileyinə həsr olunmuş su polosu idman növü  üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda  yerli komandalarla yanaşı Tbilisi komandası da iştirak etmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Su İdman Sarayı komandası qalib gələrək I yerə, Su İdmanı üzrə Yüksək İdman Ustalığı Məktəbi komandası II yerə, Tbilisi Arena komandası III yerə çıxmışdır.

         Qalib komandalar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.