Super Kubok oyunu və Bakı Kəndləri və Qəsəbələri üzrə qış-yaz birinciliyi

Bakı şəhər kənd və qəsəbələrin gəncləri arasında futbol üzrə qış- yaz birinciliyinin  final oyunları keçirilmişdir.  Gərgin oyun şəraitində keçən turnirdə I yeri Qobustan komandası, II yeri Ələt komandası, III yeri Gənclik komandası tutmuşdur.

 Daha sonra Anatoli Banişevski turnirinin qalibi  Binə  komandası  Bakı Kəndləri və Qəsəbələri üzrə qış-yaz birinciliyinin qalibi Qobustan komandası arasında Super Kubok oyunu keçirilmişdir. Binə  3:2 hesabı ilə qələbə qazanaraq Super Kubokun  qalibi olmuşdur.

Final oyunundan sonra turnirin  bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kütləvi bədən tərbiyəsi sektorunun müdiri Adil Ağayev, Kənd və Qəsəbə Futbol Federasiyasının sədri Vaqif Davudov  iştirak etmişlər. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubokla təltif olunmuşlar.