Suraxanı rayonunda 2 fevral-Gənclər Günü qeyd olunmuşdur.

       “2 fevral Gənclər Günü” ilə bağlı   Suraxanı rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

   Tədbirdə Suraxanı rayon İH-nın başçısı İlqar Abbasov, Baş İdarənin rəisi Raqif Abbasov ölkədə aparılan uğurlu gənclər siyasətindən danışaraq, gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Çıxışlardan sonra  rayonun ictimai siyasi həyatında fəal iştirak etmiş bir qrup gənc  fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif edildilər.

      Tədbir Suraxanı Gənclər evinin bədii rəqs kollektivlərinin konsert proqramı ilə başa çatmışdır.